Yevlaxda itkin düşən 13 yaşlı qızın əmisi tərəfindən qaçırıldığı məlum olub. Bu haqda dekabrın 21-də DİN məlumat verib.
Dekabrın 13-də Yevlax rayon sakini qızı və qardaşının itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə müraciət etmişdir.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində məlum olub ki, qız əmisi tərəfindən Bakı şəhərinə qaçırılıb.
Azyaşlının əmisi tərəfindən seksual hərəkətlərə məruz qaldığı ehtimal olunur.
Faktla bağlı Yevlax RPŞ-də “on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə” və “on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma” maddələri ilə cinayət işi başlanılıb.