Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə oktyabrın 23-də Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Belə ki, şəhər sakini Vüqar İsmayılov saxlanılaraq polis şöbəsinə gətirilib. Keçirilən baxış zamanı onun üzərindən heroin aşkar edilib. Saxlanılan şəxs narkotiki şəhər sakini Azad Hüseynovdan aldığını deyib.
Daha sonra həmin şəxs də polis tərəfindən tutulub. Onun yaşadığı ünvandan 130 qrama yaxın heroin tapılıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in məlumatına əsasən, bu ilin 9 ayı ərzində 2,7 ton narkotik aşkar olunaraq dövriyyədən çıxarılıb. Ümumilikdə narkotiklə bağlı 6 420 fakt aşkarlanıb.