Xızıda iş yoldaşını öldürən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda yanvarın 12-də Report məlumat verib.
İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə 2021-ci ilin noyabr ayında baş verib. 1998-ci il təvəllüdlü şəxs aralarında yaranan mübahisə zamanı 1999-cu il təvəllüdlü həmkarını qətlə yetirib.
Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.