Sarı xətlərlə bağı tələbin 2022-ci ilin noyabr ayında qüvvəyə minməsi təklif edilib: “Sarı xətlər dayanma və durma qaydalarını bilmək üçün ən yaxşı vasitəyə çevriləcək”.
Bunu fevralın 1-də Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin birinci oxunuşda təqdimatı zamanı deputat Kamal Cəfərov bildirib.
“Son vaxtlar yollara daha yaxşı görünmələri üçün sarı xətlər çəkilib. Bakı Nəqliyyat Agentliyi qanunvericiliyə uyğun olmayan sarı xətlər barədə onlarda məlumat mövcud olduğunu bildirib”, - deyə deputat bildirib.