13 yanvar tarixində saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində yolu azaraq Azərbaycan sərhədini keçən Surik Matevosyan adlı şəxs Rusiya sülhməramlılarına təhvil verilib.
Bu haqda Müdafiə Nazirliyinin saytında məlumat verilib.