Avropa Sərmayə Bankı Azərbaycana məxsus təbii qazı ötürəcək Yunanıstan – Bolqarıstan qaz kəmərinin tikintisi üçün daha 30 milyon avro ayrılıb. Bu barədə Report 9 dekabr tarixində məlumat yayıb.
Sözügedən kəmər vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının "mavi yanacağ"ın Bolqarıstana nəqli nəzərdə tutulur. Beləliklə, Azərbaycan Bolqarıstana ildə 1 milyard kubmetr təbii qaz tədarük edəcək. Bolqarıstan Azərbaycan təbii qazı hesabına qaz tələbatının 25-30%-ni ödəmiş olacaq.
Layihəyə ayrılmış kreditin ümumi məbləği 110 milyon avrodur.
Yunanıstan – Bolqarıstan qaz kəmərinin tikintisi 2022-ci ilin ikinci yarısında başa çatacaq.