8 noyabr tarixində Bakının bəzi küçə və prospektlərində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məhdudiyyət paytaxt ərazisində Zəfər Günü münasibətilə keçiriləcək yürüşlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub.
“Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Avtomobillərin 20-ci Sahə dairəsindən şəhər istiqamətinə hərəkəti Bayıl qəsəbəsinin daxili küçələri, Mehdi Hüseyn, Teymur Elçin küçələri və Parlament prospekti ilə həyata keçiriləcək.
Qeyd edək ki, yürüş “Azneft” dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.