Noyabrın 2-dən 5-dək 44 günlük Vətən müharibəsinə həsr olunan "Qalib olan Azərbaycan" adlı tamaşalar festivalı keçiriləcək. Bu haqda oktyabrın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqından məlumat verilib.
Münsiflər heyəti tərəfindən seçilən tamaşalar oynanılacaq və sonda qaliblər mükafatlandırılacaq.
Festivalın açılış mərasimi noyabrın 2-də saat 15:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Abbas Mirzə Şərifzadə səhnəsi"ndə "İnanıram" tamaşası ilə baş tutacaq.
Noyabrın 3-də saat 15.00-da Bakı Uşaq və Gənc Teatrının "Cənnəta bilet" tamaşası nümayiş olunacaq.
Noyabrın 4-də saat 15:00-da Teatr Xadimləri İttifaqının böyük səhnəsində "Xoşbəxtliyin dəyəri" tamaşası göstəriləcək.
Eyni ayın 5-də isə saat 15:00-da Qusar Dövlət Ləzgi Dram Teatrının "Çingiz dastanı" tamaşası nümayiş olunacaq.
Festivalın bağlanışı və mükafatlandırma mərasimi noyabrın 5-də saat 16:00-da Teatr Xadimləri İttifaqında keçiriləcək.