Dünən, noyabrın 7-də Prezident İlham Əliyev Şuşa şəhərini ziyarət edib. Bu barədə 7 noyabr tarixində Prezidentin rəsmi səhifəsi məlumat yayıb. Səfər zamanı dövlət başçısı bir sıra tədbirlərdə iştirak edib.
İlk öncə Zəfər Yolunun açılışı olub. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Şuşa şəhərinə qədər uzanır.
Daha sonra İlham Əliyev Şuşada Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının və Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib.
Bundan əlavə, Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində və Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olub. Bərpa işləri Heydər Əliyev fondu tərəfindən aparılır.
Sonda isə dövlət başçısı VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə görüşüb. Həmçinin iştirakçılara Şuşada və digər azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
[URIS id=12542]