Özünü FHN-in polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin beynəlxalq axtarışa verildiyi məlum olub. Bu haqda yanvarın 6-da Report məlumat verib.
Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.
Onun paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmədli adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.
Daha sonra bu barədə FHN-in Mətbuat Xidmətinin rəisi bildirib ki, həmin şəxs nazirlikdə işləmir.