Zəngilan rayonunun Ağakişilər kəndində meşəlik ərazidə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib. Bu barədə DİN noyabrın 13-də məlumat verib.
Məlumata əsasən, 3 avtomat, 1 pulemyot, 89 qumbara və alışdırıcıları, 42 qumbaraatan mərmisi, 11 Qrad mərmisi, 16 daraq, 10 mindən çox güllələr və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.
Daha öncə, noyabrın 8-də Şuşada 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara, 78 müxtəlif növ mərmi, 19 “Faqot” və digər raket sistemləri, 45 mindən çox patronlar və digər sursatlar aşkarlanmışdır.