Zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanmasına görə dövlət rüsumu 1 məmulat üçün 2 manatdan 3 manata, ekspertizasına görə isə 2 manatdan 3 manata qaldırılır. Həmçinin qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsinə görə hər bir daş üçün dövlət rüsumu 20 qəpikdən 50 qəpiyə, materialların analiz edilməsinə görə 1 ədəd üçün 6 manatdan 10 manata dəyişdirilir. Bu barədə təklif noyabrın 1-də Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.
Ad damğasının ilk dəfə qeydiyyata alınması üçün dövlət rüsumu 4 manatdan 10 manata, qeydiyyatın hər il yenilənməsi üçün isə 2 manatdan 5 manata artırılır.