Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək. O, qonşu ölkənin milli müdafiə naziri Hulusi Akardan dəvət alıb. Bu haqda yanvarın 31-də Müdafiə Nazirliyindən məlumat verilib.
Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı müzakirə ediləcək.
Səfər fevralın 2-dək davam edəcək.