Zaqatalada iki nəfəri bıçaqlayan şəxsin işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda yanvarın 3-də Report məlumat verib.
İş üzrə ibtida istintaq başa çatıb.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabr ayında baş verib. Bıçaqlanmadan sonra hər iki Aşağı Tala kənd sakini xəstəxanaya yerləşdirilib. Cinayətdə təqsirli bilinən şəxs isə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istintaqa təhvil verilib.