Zaqatala rayonunda dağlıq-meşəlik ərazi yanıb. Bu barədə dekabrın 6-da Report məlumat verib.
Yanğın rayonun Car kəndi ərazisində baş verib. Yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda yanğının qarşısı alınıb.
Alovun nə qədər ərazini əhatə etməsi hələ ki, məlum deyil.
Bu il Azərbaycanda 1 805 yanğın hadisəsi baş verib. Sözügedən hadisələr zamanı 24 nəfər həlak olub, 104 nəfər isə yaralanıb.