Azərbaycanda məhkəmə əməkdaşı barəsində cinayət işi başlanılıb. Bu barədə aprelin 25-də Baş Prokurorluqdan məlumat verilib.
Zərdab rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işləmiş Elçin Səmədov vətəndaşa mülki iş üzrə qərar qəbul etmək səlahiyyəti olan hakimlə guya yaxın əlaqədə olduğunu bildirib.
Daha sonra vətəndaşa köməklik edəcəyinə dair yalan vəd verib, bununla, 2021-ci ilin mayında ondan 5 min manat alıb. Həmçinin o, vətəndaşı rüşvət verməyə təhrik edib.
Elçin Səmədova Cinayət Məcəlləsinin “dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə” və “rüşvət verməyə təhrik etmə” maddələrilə ittiham olunur.
Cinayət işi üzrə vurulmuş maddi ziyanın ödənilməsi təmin edilmişdir.