top
Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq
02 sentyabr 2026, 12:39
- ↺ +

Anar Bayramov: "Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq.

Bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, qarşıda duran əsas çağırış Azərbaycanda hər 10 min nəfərə düşən 34,5 həkimin ölkə üzrə bərabər bölüşdürülməsidir:

"Buradakı disproporsiya bizim üçün əsas çağırışlardan biridir. Böyük şəhərlərdə, Bakıda, Gəncədə, Sumqayıtda, Abşeronda bu göstərici bizi qane edir və səhiyyə sisteminin ehtiyaclarını qarşılayır. Hətta Bakıda hər 10 min nəfərə düşən həkim sayı 101,7-dir. Amma elə məkanlarımız var ki, orada həkim çatışmazlığı nəzərə çarpır və bu, xüsusilə ixtisaslı həkimlərə aiddir".

TƏBİB rəhbəri bildirib ki, bu səbəbdən həyata keçirilən islahatların, əlbəttə, ilk növbədə, məqsədi həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, onların əməyinin layiqincə qiymətləndirilməsi və əməkhaqlarının artırılmasıdır:

"Amma eyni zamanda bu islahatlar səhiyyə sistemimizin qarşısında duran çağırışların qarşılanmasına və mövcud problemlərin aradan qaldırılmasına xidmət edir. Əminik ki, həyata keçirilən tədbirlər regionlarda həkim sayının artmasına və regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq. Əlbəttə, regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün kompleks yanaşma lazımdır. Burada həm həkimlərin hüquqlarının müdafiəsi, onlara münasibət, infrastrukturun və avadanlıqların mövcudluğu çox önəmlidir".

A.Bayramov əlavə edib ki, bütün bu addımlarla yanaşı, gənc həkim regiona köçmək istəmirsə və əməkhaqqı onu qane etmirsə, istənilən nəticə əldə olunmayacaq:

"Ona görə də bu islahat çərçivəsində bir neçə istiqamətdə region həkimləri üçün təşviq mexanizmləri tətbiq etmişik. Burada sabit əlavələr kifayət qədər böyükdür və şəhərlərdəki sabit əlavələrdən fərqlənir. Görülən işə görə verilən əlavə ödənişlər də fərqlidir. Bundan başqa, 1,3 regional əmsal tətbiq olunur. İnanıram ki, bu xəbərdən sonra həkimlərimiz müəyyən araşdırmalar apararaq regionlara üz tutacaqlar. Hesab edirəm ki, bu islahat regionlarda həkimlərin sayına müsbət təsir göstərəcək".

Mənbə: Report

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər