top
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib
01 sentyabr 2026, 19:00
- ↺ +

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva Paris meriyasının Azərbaycanla bağlı açıqlamalarına münasibət bildirib.

Insanoid.com xəbər verir ki, səfir bu barədə "X"də paylaşım edib.

Leyla Abdullayeva Paris şəhər meriyasının diqqətinə çatdırıb ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin keçmiş nümayəndələri də daxil olmaqla Bakı Hərbi Məhkəməsində mühakimə olunan şəxslər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirli biliniblər.

"Bu məktubla Paris meriyası və Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) 2 sentyabr 2026-cı ildə Paris meriyasının qarşısındakı meydanda "Azərbaycan tərəfindən saxlanılan erməni məhbusların" portretləri kimi təqdim olunan şəkillərin nümayiş etdirilməsini nəzərdə tutan birgə təşəbbüslə bağlı dərin narahatlığımı və qəti etirazımı bildirirəm. İlk növbədə, sizin mövcud vəziyyətlə daha yaxından tanış olmağınıza kömək edəcəyinə ümid etdiyim bir sıra məlumatları diqqətinizə çatdırmaq istərdim", - o yazıb.

Səfir vurğulayıb ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkənin ərazi bütövlüyü Fransa və Ermənistan da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınır. O həmçinin otuz illik münaqişənin nəticələrini xatırladıb və qeyd edib ki, ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Qarabağın bərpası üzrə irimiqyaslı işlər həyata keçirir.

L. Abdullayevanın sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb, birgə bəyannamə imzalanıb, bu isə iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ açıb. O həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın iki ölkə arasında sülhün "görünən və hiss edilən" olması barədə 8 avqust 2026-cı il tarixli bəyanatına istinad edib.

Səfir qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun dəstəklədiyi sülh prosesi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanır və bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib.

"Bu yeni kontekstdə səfirlik keçmişin birtərəfli və münaqişəli şərhini təqdim edə biləcək və ya iki dövlət arasında başlanmış sülh prosesinin ruhuna uyğun olmayan narrativləri yenidən Parisin ictimai məkanına çıxara biləcək hər hansı təşəbbüsü xüsusi narahatlıqla qarşılayır. Biz narahatıq ki, Ermənistan Respublikasının hakimiyyət orqanları ən yüksək səviyyədə sülh gündəliyini və Azərbaycanla münasibətlərin normallaşdırılmasını davam etdirməyə hazır olduqlarını açıq şəkildə bəyan etdikləri halda, nəzərdən keçirilən təşəbbüs, görünür, Fransadakı erməni diasporunu təmsil edən təşkilatlardan irəli gəlir", - müraciətdə bildirilib.

Abdullayeva həmçinin qeyd edib ki, "sərgi"nin keçirilməsi sülh gündəliyinə ziddir.

"O ki qaldı "Azərbaycan tərəfindən saxlanılan erməni məhbuslara", onlar ağır cinayətlərdə: insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorizmdə, eləcə də hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham olunublar. Onların arasında Ukraynaya qarşı müharibəni maliyyələşdirdiyinə görə Ukraynanın "Mirotvorets" sanksiya siyahısına daxil edilmiş Ruben Vardanyan da var. Fransa Ukraynanı qətiyyətlə dəstəklədiyi halda, belə profilli şəxslərin azad edilməsini tələb etmək bizə ziddiyyətli görünür", - o yazıb.

O əlavə edib ki, Bakı Hərbi Məhkəməsi tərəfindən mühakimə olunan şəxslər, o cümlədən Qarabağdakı tanınmamış rejimin keçmiş nümayəndələri bir sıra cinayətlərdə, o cümlədən sülhə və insanlığa qarşı cinayətlərdə təqsirli biliniblər.

Diplomat Paris meriyasını sərginin keçirilməsi ilə bağlı qərara yenidən baxmağa və onu dayandırmağa çağırıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər