"Qarabağ" Mateuş Koxalskinin Polşanın "Vyeçista" klubuna transferini rəsmən açıqlayıb.
İnsanoid.com xəbər verir ki, Ağdam təmsilçisi qarşı tərəfin təklifini və futbolçunun istəyini nəzərə alaraq keçidə müsbət cavab verib.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və 26 yaşlı qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
Koxalski 2024-cü ilin yayında "Qarabağ"a keçib. Polşalı qolkiper bu müddətdə komandanın heyətində 76 oyun keçirib.
O, "Qarabağ"la 2024/25 mövsümündə Azərbaycan çempionu olub. Koxalski həmçinin komanda ilə UEFA Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsinə qədər irəliləyib.
Qapıçı turnirdə etdiyi 40 seyvlə bu göstərici üzrə "Top-3"də yer alıb.
"Qarabağ" futbolçuya klubda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa və komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.