top
Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım - Faiq Cabbarovun AÇIQLAMASI
Bu gün, 17:23
- +

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarovun AÇIQLAMASI

Azərbaycanın sabiq futbolçusu Faiq Cabbarov çətin tale yaşamış insandır. Ölkənin müxtəlif klublarında çıxış etmiş idmançı karyerasının əsas hissəsini "Kəpəz"də keçirib. Cabbarov bir neçə dəfə Azərbaycan çempionu və Azərbaycan Kubokunun qalibi olub. Vaxtilə ən istedadlı və perspektivli futbolçulardan biri hesab olunan Cabbarov bir anda səhv yola qədəm qoyub. İndi isə ölkənin aparıcı məşqçilərindən biri olmaq əvəzinə səhhəti ilə bağlı ciddi problem və işsizliklə üzləşib, köməyə ehtiyacı var.

İdman.Biz-ə müsahibəsində Faiq Cabbarov deyib ki, son vaxtlar işsizlik səbəbindən içkiyə meyillənib və bu da öz təsirini göstərib. Sabiq futbolçu qaraciyərində yaranan problemlər səbəbindən xəstəxanada müalicə olunur.

"Tam yox, sanki ölümcül sirroza gedən bir yoldur, təəssüf ki, mənim... Sağ olsunlar, bəzi futbolçu dostlarım kömək etdilər. Dedilər ki, "Hələ yaşamalısan. Sən futbola lazımsan". Müalicə kursu keçdim. Üçüncü kursum qalıb. Amma özümü daha yaxşı hiss edirəm", - deyə o vurğulayıb.

Cabbarov etiraf edir ki, doğma komandası "Kəpəz"dən heç kim onun səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya gəlməyib. O, belə münasibəti gözləmirdi.

"Birincisi, mənə "Kəpəz" komandası tərəfindən yardım olunmalı idi. Niyə? Çünki mən cavanlığımı Azərbaycan futboluna sərf etmişəm. Üç dəfə "Kəpəz"lə çempion olmuşam. Amma inanın Allaha, "Kəpəz"dən bir nəfər də klinikada qapımı açmadı. Mənə onlardan maddi kömək lazım deyil. Əli boş gələrdi, "Sənin səhhətin necədir?" deyə soruşardı. Mən özüm də yerliyəm, Gəncəliyəm. Yəni, bunlardan kömək olmadıqdan sonra mən AFFA-dan nə gözləyim?", - deyə Cabbarov sual verir.

O, xatırladır ki, "Kəpəz" futbol klubu tarixə ilk və indiyədək yeganə məğlubiyyətsiz Azərbaycan çempionu kimi düşüb. Faiq Cabbarov da həmin tarixin bir parçası olub. Millimizin sabiq müdafiəçisi klubun ona qarşı laqeydliyi isə özünün dürüstlüyü ilə əlaqələndirir.

"Bizdə belədir: sözü düz deyən adamı istəmirlər. Gərək "pultla" idarə olunasan. Amma o məndə yoxdur. Milli komandada ən sevdiyim məşqçi Vaqif Sadıqov olub. Onun yolu ilə getməyə çalışmışam - həm məşqçilikdə, həm də insanlıqda. Düzdür, səhvlərim olub. Hər insanın bir zəif yeri olur. Mənim də zəif yerlərim əsəbiləşəndə, işsiz qalanda özünü büruzə verirdi. Amma şükürlər olsun ki, Dieqo Maradona kimi narkotikə yox, içkiyə qurşandım. Böyük səhv etmişəm", - deyə o bildirib.

Cabbarov qeyd edir ki, futbola qayıtmaq niyyəti ciddidir və artıq pis vərdişlərdən uzaqlaşıb. 54 yaşlı sabiq futbolçu məscidə gedərək içkiyə tövbə etdiyini, artıq iki aydır spirtli içki qəbul etmədiyini deyir. Xəstəxanadan çıxan kimi formaya qayıtmaq üçün yavaş-yavaş idman etməyə başlayıb. Hələlik futbolla bağlı ona təklif gəlməyib.

Lakin onun sözlərinə görə, işə hər an hazırdır: "Mənim işim məşqçilikdir. Mən futbola qayıtmaq istəyirəm. Bu mənim sənətimdir. Mənə dedilər ki, futbola lazımsan. Mən də həqiqətən görürəm ki, elədir. Yaşlanmamışam hələ və futbola canımı qoyaram".

Futbolla bağlı onun çoxlu gözəl xatirələri var. Onlardan biri isə məşhur futbolçu Erik Kantona ilə bağlıdır – fransalı hücumcu ona öz formasını hədiyyə edib.

"Kantonadan bizim komandaya qarşı oyundan sonra müsahibə alırdılar və soruşublar: "Siz Azərbaycandan olan belə zəif komandaya qarşı oynadınız və necə oldu ki, qol vura bilmədiniz?". O da cavab verib: "Bir cavan oğlan oynamağa imkan vermədi". Yəni, mən Avropanın ən güclü hücumçularına qarşı oynamışam".

Faiq Cabbarov hələ də Azərbaycan futbolunu yaxından izləyir və ölkə çempionatına böyük maraq göstərir. O, "Kəpəz"ə azarkeşlik edir, qəlbində xüsusi yer tutan "Neftçi"nin, eləcə də "Qarabağ"ın çıxışlarını izləyir və digər klubların uğurlarına da sevinir. Çünki onun üçün əsas olan Azərbaycan futbolunun yüksək səviyyəyə çatmasıdır.

"Oyuna baxan zaman, qol mənim üçün o qədər də maraq kəsb etmir. Qola heç diqqət etmirəm. Mənə maraqlıdır ki, yarımmüdafiəçi nə edir, müdafiəçi özünü necə göstərir, qapıçı necə oynayır. Mən bütün bu detallara fikir verirəm. Hansı komandanın qalib gəlməsinin elə də fərqi yoxdur. Mən gözəl, taktiki futbol görmək istəyirəm. Əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin", – deyə sabiq futbolçu sözlərini yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:55

Azərbaycan həndbolunu necə məhv edirlər: idmanın bu növünü həmişəlik itirə bilərik

Bütün Xəbərlər
Bu gün, 16:19

Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək

Bütün Xəbərlər
Bu gün, 14:42

Prezident tərəfindən vəzifə verilən Osman Xaliyev kimdir - DOSYE

Bütün Xəbərlər
Bu gün, 14:29

Prezidentin vəzifədən kənarlaşdırdığı Fəxri Kazımov kimdir? - DOSYE

Bütün Xəbərlər
Bu gün, 14:28

İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişib - SƏRƏNCAM

Bütün Xəbərlər
Bu gün, 13:29

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
Bu gün, 13:18

Misir Mərdanov: "Müəllimlərin vahid forma geyinməsinə nail ola bilsək, çox yaxşı olar"

Bütün Xəbərlər
Bu gün, 12:39

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Bu gün, 10:21

Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək

Bütün Xəbərlər
Bu gün, 09:06

Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
05 sentyabr 2026, 17:12

"İstisu"da su kəsilməyib – görüntülər həqiqəti ortaya qoyur - VİDEO

Bütün Xəbərlər
05 sentyabr 2026, 14:03

Bazar günü yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
05 sentyabr 2026, 13:46

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

Bütün Xəbərlər
05 sentyabr 2026, 12:18

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - YENİLƏNİB

Bütün Xəbərlər
04 sentyabr 2026, 17:34

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bütün Xəbərlər
04 sentyabr 2026, 15:12

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Bütün Xəbərlər
04 sentyabr 2026, 13:39

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Bütün Xəbərlər
04 sentyabr 2026, 13:00

Şənbə günü 35 dərəcə isti olacaq

Bütün Xəbərlər
04 sentyabr 2026, 09:12

Prezident İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddətli vəzifədə olması münasibəti ilə təbrik edib

Bütün Xəbərlər
03 sentyabr 2026, 17:54

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Bütün Xəbərlər
03 sentyabr 2026, 16:59

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb

Bütün Xəbərlər
03 sentyabr 2026, 16:33

"Mançester Yunayted" – "Sabah" matçına ən ucuz biletin qiyməti açıqlandı

Bütün Xəbərlər
03 sentyabr 2026, 15:16

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib

Oxşar xəbərlər