Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 3 979 nikaha daxilolma və 1 370 boşanma hallarını qeydə alıb. Bu barədə İnsanoid Dövlət Statistika Komitəsinə istinadən bu gün, 17 mart tarixində xəbər verir.
2022-ci ilin ilk ayı ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 6,4-dən 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,6-ya qalxıb.
2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu il fevralın 1-nə 10 131 373 nəfər təşkil edib.
Məlumata görə, əhalinin 54,6 %-ni şəhər, 45,4 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.