9000-dən çox üzvü olan Amerika Yazıçılar Birliyinin 15 ildən sonra ilk dəfə tətil edəcəyi gözlənilir. Bu barədə İnsanoid bu gün, 2 may tarixində xəbər verir.
Sözügedən tətil gələcəkdəki proqramların ləğvinə, film və proqramların təxirə salınmasına səbəb ola bilər.
2007-ci ildə müəlliflərin təşkil etdiyi 100 günlük tətil təxminən 2 milyard dollara başa gəlmişdi.
“The Hollywood Reporter”in məlumatına görə, Amerika Yazıçılar Birliyi öz üzvlərinə bazar ertəsi son tarixə qədər yeni razılaşma əldə oluna bilməsə, tətilə hazır olmaqlarını tapşırıb.
Birliyin üzvlərindən biri Aleks O'Kif BBC-yə bildirib ki, yazıçıların yarısının aldığı məbləğ minimum əmək haqqına bərabərdir.