Yaponiyanın Osaka Universitetində 1 erkək siçan XY xromosomlarının XX -ə çevrilməsi ilə iki erkək siçandan balalar dünyaya gəlib. Bu barədə Baku Tv 11 aprel tarixində məlumat verib.
Bu proses mərhələli şəkildə baş verib. Xromosomu dəyişdirilən erkək siçanın dəri hüceyrələri "oosit" adı verilən hələ formalaşmamış yumurta hüceyrələrinin yaradılması üçün istifadə edilib. X və Y xromosomlarına sahib hüceyrələr yenidən proqramlanaraq “pluripotent” kök hüceyrələrə çevrilib.
Sonrakı mərhələdə Y xromosomu tamamilə ortadan qaldırılıb və X xromosomları kopyalanıb. Bu hüceyrələr daha sonra bir-bir yumurta hüceyrəsinə çevrilərək hüceyrələrin döllənməsi prosesi başlayıb.
Lakin bu o qədər də uğurlu olmayıb. Alimlərin açıqlamasına görə, 100 döllənmiş hüceyrədən 7 siçan dünyaya gəlib, ancaq sadəcə 1-i həyatda qalıb.