Bu il ölkədə 610 əkiz, 45 üçəm doğulub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 aprel tarixli hesabatında əks olunub.
Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 19 158 doğulmuş körpə qeydə alıb və əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,7 təşkil edib.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2%, qız uşaqlarının xüsusi çəkisi isə 46,8% olub.
Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub.