Türkiyənin Hatay şəhərində zəlzələdən 296 saat sonra dağıntılar altından biri uşaq olmaqla üç nəfər xilas edilib. Bu barədə Report 18 fevral tarixində xəbər verib.
Onların xəstəxanaya yerləşdirildiyi bildirilib.
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonunda olan 7,6 maqnitudalı iki zəlzələ olub.