top
3D printerlə hazırlanan avtomobil hissələri risklidir - USTADAN XƏBƏRDARLIQ
09 avqust 2025, 23:00
- ↺ +

"3D printerlə hazırlanan avtomobil hissələri risklidir" - USTADAN XƏBƏRDARLIQ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəyə gətirilən bəzi yeni model avtomobillər istismar üçün daha sərfəli olsa da, bəzən detalların tapılması çətin olur. İstər yeni, istərsə də ikinci əl ehtiyat hissələri bazarından əli üzülən sürücülər 3D printerlərlə həmin hissələrin birəbir eynisini hazırladırlar. Artıq son vaxtlar avtomobil detallarının bu üsulla istehsalı xeyli artıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında avtomobil ustası Səməd Babayev bildirdi ki, son vaxtlar maşın təmiri sahəsində bəzi ustalar və ya müştərilər 3D printerdən çıxan ehtiyat hissələrinə üstünlük verməyə başlayıblar.

"Düzdür, bəzən bu üsul həm vaxt baxımından sərfəli olur, həm də tapılması çətin olan köhnə model hissələrin alternativini tapmaq baxımından çıxış yolu kimi görünür. Amma açıq danışaq ki, 3D printerlə hazırlanmış ehtiyat hissələri çox zaman real şəraitdə özünü doğrultmur. Usta dili ilə desək, çox hallarda o detallar yerinə düz oturmur. Birləşmə hissələri aralı qalır, bəzən millərlə uyğun gəlmir, ya da ümumiyyətlə şestina kimi işləməli olan hissə printerdən çıxanda səsli işləyir, vibrasiya verir. Nəticədə isə maşında əlavə səslər, titrəmələr və ya funksiyasını düzgün yerinə yetirməyən mexanizmlər yaranır. Yəni, kağız üzərində uyğun görünən detal, real maşında problem yaradır ", -deyə usta bildirib.

Usta qeyd etdi ki, ən böyük çatışmazlıqlardan biri də material keyfiyyətidir.

"3D printerlə çıxarılan plastiklər, adi zavod istehsalı olan detalların möhkəmliyinə və istiyə davamlılığına sahib olmur. Xüsusilə də mühərrik bölməsində, hərəkətli sistemlərdə və ya yüksək temperatur altında işləyən yerlərdə bu hissələr tez sınır, ərir, bükülür və ya çatlayır. Belə detallar bir neçə gündən sonra yenidən usta əli tələb edir. Bu isə həm əlavə xərc, həm də vaxt itkisi deməkdir.

Əlbəttə, 3D printerdən istifadə edilə biləcək sahələr də var. Məsələn, kosmetik detallar, daxili plastik örtüklər və ya funksional olmayan aksesuarlar üçün uyğun ola bilər. Amma kritik sistemlər üçün məsələn, asqı, sükan, sürətlər qutusu və ya daxili yanma mühərriki elementləri üçün 3D çap detallara bel bağlamaq hələ ki, risklidir.

Bir sözlə, maşın hissəsi təkcə formaya uyğun gəlməklə bitmir. O, eyni zamanda davamlı olmalı, təzyiqə, temperatura, sürtünməyə tab gətirməlidir. 3D printerlə bunu təmin etmək hələ ki, çətindir. Ona görə də usta gözü ilə baxanda deyərdim ki, bu cür detallara yalnız məhdud, risk az olan sahələrdə istifadə etmək daha düzgündür",- deyə Səməd Babayev vurğuladı.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

Oxşar xəbərlər