"Yaşma bağları" adlanan ərazidə 46 yaşlı kişi dənizdə batıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 26 iyun tarixində xəbər verir.
Hadisə Xəzər dənizinin "Yaşma bağları" adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, 1978-ci il təvəllüdlü Hümbət İcazə oğlu Əhmədovun meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.