Vətən müharibəsi əlilləri üçün nəzərdə tutulan “Xəzər” markalı 50 avtomobil müharibə əlillərinə artıq təqdim olunub. Bu barədə 4 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7400 minik avtomobili verilib.
Qeyd edək ki, postmüharibə dövründə 3500, ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub.
[gallery columns="2" link="file" size="large" ids="46266,46267"]