Aprelin 30-da və mayın 1-də respublikanın 22 şəhər və rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 51 nəfər fiziki məhdudiyyətli şagird iştirak edəcək. Bu haqda aprelin 28-də DİM məlumat yayıb.
Gözdən əlillərin tapşırıqları oxuması və cavab vərəqini doldurmaları üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün xüsusi test kitabçaları hazırlanıb.