ABŞ-nin Ukraynadakı səfirliyinin attaşesinin meyiti Kiyev Hilton hotelində tapılıb.
Bu barədə 26 iyun tarixində APA xarici KİV-yə istinadən məlumat verib.
Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbəyinin sözlərinə görə, həmin şəxs Ukraynaya iyunun 15-də gəlib. ABŞ səfirliyinin təqdim etdiyi tibbi sənədlərə görə, o, yüksək xolesteroldan əziyyət çəkirmiş.
Digər təfərrüatlar verilmir.