Ağdaş şəhərində avtomobil yolu keçən piyada qadını vurub. Zərərçəkən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bu haqda aprelin 22-də APA məlumat yayıb.
Hadisə aprelin 21-də saat 11 radələrində baş verib. Bulaqotağı kənd sakini qəzanı idarə etdiyi “Hyundai” markalı avtomobillə törədib.
Faktla bağlı araşdırma aparılır.