Ağdaşda, Ləki qəsəbəsindən keçən yolda gecə saatlarında “KamAZ” markalı iki yük avtomobili toqquşub. Bu barədə 3 aprel tarixində APA məlumat verib.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində sürücülərdən biri, 1965-ci il təvəllüdlü İsmayılov Elçin İsmayıl oğlu ağır bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olan sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.