Ağdaş rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. Bu haqda 2 fevral tarixində Report məlumat verib.
Hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində qeydə alınıb. Rayon sakini Ruslan Əliyevin idarə etdiyi “KİA” və Göyçay şəhər sakini Zahir İsmayılovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Nəticədə “KİA”nın sürücüsü və ikisi yeniyetmə olmaqla avtomobildə olan 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş RPŞ-də istintaq araşdırmaları aparılır.