Ağdaşda yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid FHN-in Mətbuat Xidmətinə istinadən bu gün, 18 may tarixində xəbər verir.
Rayonun Ləki qəsəbəsində ümumi sahəsi 336 kv.m olan, tikintisi başa çatmayan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 32 kv.m sahədə və çardağının yanar konstruksiyaları 32 kv.m sahədə yanıb.
FHN-in saytına istinadən xəbər veririk ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.