top
Ağdaşda narkotikin qanunsuz dövriyyəsi və oğurluqla məşğul olan 16 nəfər saxlanılıb
13 aprel 2023, 01:35
- ↺ +

Ağdaşda narkotikin qanunsuz dövriyyəsi və oğurluqla məşğul olan 16 nəfər saxlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və oğurluq cinayəti törədən ümumilikdə 16 nəfər tutulub. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 13 aprel tarixində xəbər verir.

Keçirilən tədbir zamanı narkotiklərin satışını həyata keçirən Salyan rayon sakini Rafiq Rüstəmov və Ağdaş şəhər sakini Kəmalə Mustafayeva saxlanılıblar. Şəxsi axtarış zamanı Kəmalə Mustafayevadan 46 bükümdə satış məqsədilə üzərində daşıdığı heroin və metamfetamin, eləcə də “Tramadol” həbləri,  Rafiq Rüstəmovdan isə heroin və psixotrop tərkibli dərmanlar aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduqları “Rasim” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə 300 manata əldə etdikləri məlum olub.

Keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər məsuliyyətə cəlb edilib. Onların üzərindən və bəzilərinin yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təhvil verilib.

Aprelin 9-da isə rayonun Zeynəddin kəndində yerləşən istixanadan ümumi dəyəri 1000 manatdan artıq olan qaynaq aparatının, təmir-tikinti alətlərinin, elektrik naqillərinin və digər avadanlıqların oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin Allahverdi Söyünalıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin oğurladıqlarının bir hissəsini satdığı, qalanlarını isə yaşadığı ünvanda gizlətdiyi məlum olub. Tədbirlərin davamı olaraq, onun gizlətdiyi əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

[caption id="attachment_112307" align="alignnone" width="696"]Ağdaşda narkotikin qanunsuz dövriyyəsi və oğurluqla məşğul olan 16 nəfər saxlanılıb Foto DİN[/caption]

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
Dünən, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Dünən, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Dünən, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Dünən, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Dünən, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Dünən, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Dünən, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Dünən, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Dünən, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Dünən, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Dünən, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
10 noyabr 2026, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
10 noyabr 2026, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
10 noyabr 2026, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
10 noyabr 2026, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
10 noyabr 2026, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Oxşar xəbərlər