Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
21 yaşlı rayon sakini Kənan Zülfüqarov şəxsi münaqişə zəminində 48 yaşlı atası Aqil Zülfüqarovu bıçaqlayıb.
Xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.
Faktla bağlı araşdırma aparılır.