Ağdaş rayonunun Yuxarı Ləki kəndində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 3 mart tarixində Report Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.