Ağstafada üçmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə 24 fevral tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Yaşayış binasının 2-ci mərtəbəsində olan mənzilin tavanı 5 kv.metr sahədə, eləcə də 3-cü mərtəbədə yerləşən mənzilin döşəməsi 2 kv.metr sahədə və digər mənzilin döşəməsi 5 kv.metr sahədə yanıb.
Alov FHN əməkdaşları tərəfindən söndürülüb.