Ağstafada bədbəxt hadisə baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
Hadisə rayonun Xətai kəndində baş verib.
60 yaşlı kənd sakini Hidayət Tanrıverdiyevi yaşadığı evdə elektrik naqillərini düzəldən zaman cərəyan vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.