Ağstafa rayonunda kişi intihar edib. Bu haqda 2 fevral tarixində Lent.az məlumat verib.
Hadisə Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Yaqub Alıyev ağacdan özünü asıb. Onun asılmış meyiti kənd sakinləri tərəfindən aşkarlanıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.