Ağstafa rayonu ərazisində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 6 mart tarixində APA məlumat verib.
Rayon sakini, əvvəllər məhkum olunmuş Şamil Məhərrəmov vətəndaşlara məxsus 30-a yaxın su sayğacını oğurlayaraq ümumilikdə 1 000 manatdan çox maddi ziyan vurub.
Ş. Məhərrəmov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
[gallery columns="1" link="file" size="full" ids="108175"]