Ağsu rayon sakini intihar edib. Bu barədə 5 may tarixində Report məlumat verib.
Hadisə rayonun Tofiq İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Q.Əhmədov yaşadığı evdə özünü asıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.