Ağsuda intihar hadisəsi baş verib. Bu barədə 6 may tarixində Report məlumat verib.
Hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Fərəcov Ramil Rahim oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.