Ağsu rayonunun Padarqışlaq kəndində "KamAz" aşıb. Bu barədə 6 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Müəyyən olunub ki, "КаmAz" markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Nəticədə 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.