Ağsuda səhər saatlarında kənd sakini polisə zəng vuraraq “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb. Bu haqda mayın 4-də APA məlumat yayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 yaşlı ruhi xəstə olan kənd sakini saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.