Cari ildə indiyədək Ağsu rayonunda 2 111 hektar sahədə yazlıq bitkilər əkilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 316 hektar çoxdur. Bu barədə 12 may tarixində Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, 1 073 hektarda qarğıdalı, 439 hektarda tərəvəz, 234 hektarda bostan, 169 hektarda isə kartof və digər məhsullar əkilib.
Qeyd edək ki, cari mövsümdə rayonda 2 300 hektardan artıq sahədə yazlıq bitkilərin əkini gözlənilir.