2022-ci ilin mart ayında bankların əmanət portfeli 3,4% (331 milyon manat) artaraq 10,2 milyard manat təşkil edib. Bu barədə məlumat Mərkəzi Bankın son hesabatında əks olunub.
Məlumata əsasən, əmanət portfelinin 53,9%-i fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.
Sözügedən dövr ərzində fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə mart ayında ötən ilin müvafiq dövrünə nəzərən 8% bəndi azalaraq 42,3% təşkil edib.