BƏƏ-dən olan kosmonavt Sultan Əl-Neyadi Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxıb və tarixdə bunu edən ilk ərəb olub. Bu barədə İnsanoid bu gün, 29 aprel tarixində xəbər verir.
France24 telekanalının verdiyi məlumata əsasən, Əl-Neyadinin elektronika və rabitə mütəxəssisi olmaq üçün təhsil aldığı Brayton Universitetində ona “Kosmosun Sultanı” ləqəbi verilib.
O, martın əvvəlində “SpaceX Falcon 9” hava gəmisinin göyərtəsində BKS-yə uçmuş və uzunmüddətli kosmik missiyada iştirak edən ilk ərəb olmuşdu.
NASA-dan bildirilib ki, Əl-Neyadi həmkarı Stiven Bouenlə birlikdə BKS-dən kənarda enerji sisteminin gələcək təkmilləşdirilməsinə hazırlaşmaq üçün elektrik kabelləri çəkəcək.