Astarada yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. Bu haqda mayın 4-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, dənizkənarı yerlərdən birində naməlum şəxs bağlamaları götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb. Onun əlindəki çantasından 8 kiloqram 345 qram heroin aşkar olunaraq götürülüb.
Vətəndaş qanunsuz məhsulları xarici ölkələrdən birində yaşayan və sosial şəbəkələrdə tanış olduğu şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Bu ilin yanvar – mart ayları ərzində ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsi ilə əlaqədar 55 fakt qeydə alınıb. Nəticədə 765 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, 22,4 kiloqram psixotrop maddələr dövriyyədən çıxarılıb.