Astarada üzünü "laqunda" kəsən kişi ölüb. Bu barədə 19 iyun tarixində Report Baş Prokurorluğa istinadən məlumat verib.
Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 62 yaşlı Firudin Sübhan oğlu Zeynallı Astara rayonunun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.